Futbol üzrə İngiltərə Liqa kubokunda 1/4 final mərhələsinin cütləri məlum olub.


Rekord.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, “Arsenal”ı penaltilər seriyasında məğlub edən “Liverpul” bu mərhələdə “Aston Villa” ilə qarşılaşacaq. 


1/4 final mərhələsinin oyunları dekabrın 17-də keçiriləcək.


İngiltərə Liqa kuboku
1/4 final

17 dekabr


Oksford Yunayted – Mançester Siti
Aston Villa – Liverpul
Mançester Yunayted – Kolçester
Everton – Lester Siti