İngiltərə millisində daha bir ayrılıq
- 25 Mar 2024 17:15
- 205
"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr İngiltərə millisinin düşərgəsini tərk edib.
Rekord.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
31 yaşlı oyunçu martın 23-də keçirilmiş Braziliya ilə yoldaşlıq matçının 67-ci dəqiqəsində zədələnib. Görüşdən sonra o, tibbi müayinədən keçib və nəticələrə əsasən, millinin heyətindən çıxarılıb.
Martın 26-da İngiltərə millisi Londondakı “Uembli” stadionunda Belçika ilə yoxlama oyunu keçirəcək.