İngiltərə millisinin futbolçularını təhqir edən azarkeşə 10 həftəlik həbs
- 04 Noy 2021 13:42
- 393
İngiltərəli futbol azarkeşi Conaton Best 10 həftəlik həbs edilib.
Rekord.az xəbər verir ki, buna 52 yaşlı fanatın Avropa çempionatının final oyunundan sonra İngiltərə yığmasının bəzi qaradərili oyunçularını irqçi zəmində təhqir etməsi səbəb olub.
O, sosial şəbəkədə futbolçulara qarşı təhqiramiz ifadələr işlədib, daha sonra həmin paylaşım silinib.
İngiltərə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan final oyununun penaltilər seriyasında İtaliyaya uduzub - 2:3.
Komandanın heyətində Markus Reşford, Ceydon Sanço və Bukayo Saka penaltindən yararlana bilməyib.