İngiltərənin “Nyukasl” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bernli”nin qapıçısı Nik Poupu transfer edib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.

“Nyukasl”ın bu transferə görə Premyer Liqanı tərk edən “Bernli” klubuna təxminən 11.5 milyon funt-sterlinq ödədiyi iddia olunur.

İngiltərə yığmasının da qapıçısı olan Nik Poul 2016-cı ildən “Bernli”də çıxış edirdi.