İngiltərə Premyer Liqa klubu 18 yaşlı türkü transfer etdi
- 12 Yan 2024 21:10
- 249
İngiltərə Premyer Liqa təmsilçisi "Brentford" Türkiyə U-21 millisinin üzvü Yunus Emre Konakı heyətinə cəlb edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
18 yaşı bu il yanvarın 10-da tamam olan dayaq yarımmüdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb.
Yunus Emre Konak "Sivasspor"un yetirməsidir. O, 2023/24 mövsümündən əsas komandada çıxış etməyə başlayıb. Hazırkı mövsüm Super Liqada 17 oyunda meydana çıxan gənc futbolçu 1 qolun ötürməsini edib.