İngiltərə Premyer Liqası ilə bağlı yeni qərar - RƏSMİ
- 03 Apr 2020 23:30
- 613
Koronavirus pandemiyasına görə dayandırılan futbol üzrə İngiltərə Premyer Liqasındakı fasilənin müddəti uzadılıb.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı xəbər yayıb.
Xəbərdə mövsümün mayın əvvəli bərpa olunmayacağı bildirilib. Qeyd olunub ki, hazırda əsas prioritet yarış iştirakçılarının və azarkeşlərin sağlamlığlıdı. Bu səbəbdən çempionatın sağlamlıq üçün təhlükəsiz şərait yarandıqdan sonra bərpa olunacağı vurğulanıb. Qarşılaşmaların yeni tarixinə dair qərar bütün maraqlı tərəflər, eləcə də İngiltərə hökuməti ilə məsləhətləşdikdən sonra veriləcək.
Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də dayandırılıb. Daha öncəki qərarda çempionatın aprelin 30-dan tez başlamayacağı açıqlanmışdı.