İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Rekord.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Siyahıda 8 oyunçunun adı göstərilib. Bunlar Fil Foden, Erlinq Haland (hər ikisi "Mançester Siti"), Martin Edeqor, Deklan Rays (hər ikisi "Arsenal"), Aleksander İsak ("Nyukasl Yunayted"), Koul Palmer ("Çelsi"), Vircil va Deyk ("Liverpul") və Oli Uotkinsdir ("Aston Villa").

Qalibin adı mayın 18-də açıqlanacaq.