![photo](https://www.rekord.az/storage/uploads/5/8dd18f8b-2337-3d48-a76b-162d139852cf-850.jpg)
İngiltərə Super Kubokunun qalibi bəlli oldu
- 06 Avq 2023 22:05
- 389
Futbol üzrə İngiltərə Super Kubokunun qalibi bəlli olub.
Rekord.az xəbər verir ki, həlledici qarşılaşmada "Mançester Siti"yə qalib gələn "Arsenal" titula sahib çıxıb.
Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 77-ci dəqiqədə "şəhərlilər"dən Koul Palmer vurub. "Topçular" 90+11-ci dəqiqədə Leandro Trossardın qolu ilə tarazlığı bərpa ediblər.
Qalibi müəyyənləşdirmək üçün ilk dəfə birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan (4:1) London klubu yeni mövsümə titulla başlayıb.
Xatırladaq ki, "Mançester Siti" ötən mövsüm həm Premyer Liqanın, həm İngiltərə Kubokunun, həm də Çempionlar Liqasının qalibi olub.