Futbol üzrə İngiltərə Super Kubokunun qalibi məlum olub.

Rekord.az xəbər verir ki, həlledici oyunda “Lester Siti” və “Mançester Siti” komandaları üz-üzə gəliblər.

Görüş “Lester Siti”nin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0. Matçda yeganə qolu 89-cu dəqiqədə Keleçi İheanaço penaltidən vurub.