İngiltərə uduzdu, Türkiyə və Fransa qalib gəldi
- 12 Okt 2019 00:50
- 976
AÇ-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Rekord.az saytının məlumatına görə, bu gün A, B və H qruplarında yer alan komandalar meydana çıxıb.
A qrupunda ikinci pillənin sahibi Çexiya itkisiz irəliləyən lider İngiltərəni qəbul edib. "Dumanlı Albion" təmsilçisi bu matçda da qalib gəlsəydi, final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəkdi. Amma hesabı ingilislərin açdığı oyunda çexlər əzmkar qələbəyə seviniblər. Monteneqro - Bolqarıstan matçında isə hesab açılmayıb.
B qrupunda həm lider Ukrayna, həm də onun ən yaxın izləyicisi Portuqaliya evdə autsayderləri sınağa çəkib. Gözlənildiyi kimi, hər iki oyunda meydan sahibləri rahat qələbə qazanıblar.
H qrupunda çıxış edən Türkiyə yığması doğma azarkeşləri önündə Albaniyanı qəbul edib və minimal hesabla qalib gəlməklə liderliyini qoruyub. Fransa da İslandiya səfərində minimal hesabla üstün olub. Andorra isə gözlənilmədən Moldovaya qalib gəlib.
AÇ-2020-nin seçmə mərhələsi
11 oktyabr
A qrupu
Monteneqro – Bolqarıstan 0:0
Çexiya – İngiltərə 2:1
Qol: Brabeç, 9. Ondraşek, 85 - H.Keyn, 5-pen.
B qrupu
Ukrayna – Litva 2:0
Qol: Malinovski, 29; 58.
Portuqaliya – Lüksemburq 3:0
Qol: B.Silva, 16. Ronaldo, 65. Qedeş, 89.
H qrupu
Türkiyə - Albaniya 1:0
Qol: C.Tosun, 90.
İslandiya – Fransa 0:1
Qol: Jiru, 66-pen.
Andorra – Moldova 1:0
Qol: Vales, 63.