Avropa çempionatının qrup mərhələsində 3-cü turun növbəti oyunları keçirilib.

Rekord.az xəbər verir ki, C qrupunda İngiltərə Sloveniya ilə, Danimarka Serbiya ilə 0:0 hesablı bərabərə qalıb.

Bu nəticələrdən sonra İngiltərə 5 xalla qrup 1-cisi, Danimarka 3 xalla qrup 2-cisi olaraq pley-offa yüksəlib. Sloveniya da növbəti mərhələ şanslarını saxlayır.

AÇ-2024
C qrupu

25 iyun

Danimarka – Serbiya 0:0
Baş hakim: Fransua Leteksye (Fransa).
Münhen. “Alyans Arena”.

İngiltərə – Sloveniya 0:0
Baş hakim: Kleman Turpen (Fransa).
Köln. “Reyn Energi” stadionu.

Xallar: İngiltərə – 5. Danimarka – 3. Sloveniya – 3. Serbiya – 2.