İngiltərə yığması qapıçısının xidmətindən məhrum oldu
- 17 Mar 2021 17:45
- 653
Futbol üzrə İngiltərə milli komandasının və “Everton”un qapıçısı Cordan Pikford zədələnib.
Rekord.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu Premyer Liqanın 28-ci turunun “Bernli” ilə matçında (1:2) zədələnib.
Pikford zədə səbəbindən İngiltərə yığmasının DÇ-2022-nin seçmə mərhələsində çərçivəsində bu ay keçirəcəyi oyunları buraxmalı olacaq.
İngiltərə yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 25-də San Marino, 28-də Albaniya, 31-də isə Polşa ilə qarşılaşacaq.