İngiltərə klubları maliyyə böhranı ilə üzləşib.

Rekord.az xəbər verir ki, vəziyyət o qədər ciddidir ki, bir neçə klub dağılma təhlükəsi ilə üzləşib.

Pandemiya dövründə gəlirləri kəskin azalan klublar iflas həddindədirlər.

Məlumata görə, Çempionşipdə çıxış edən 6 klubun durumu acınacaqlıdır. Klub rəhbərləri bildiriblər ki, onlara maliyyə yardımı göstərilməsə, fəaliyyətləri mümkünsüz olacaq: “Bizim yaşamağımız maliyyə dəstəyindən asılıdır”.