İngiltərənin qadın millisinə 142 namizəd
- 14 İyl 2020 16:50
- 672
Qadınlardan ibarət İngiltərə millisinin baş məşqçisi postuna namizədlərin sayı açıqlanıb.
Rekord.az xəbər verir ki, bu barədə futbol assosiasiyasının rəhbəri Syu Kempbell yerli mətbuata açıqlamasında deyib.
O bildirib ki, yığmanın sükanı arxasına keçmək üçün quruma 142 nəfər müraciət edib. Kempbellin sözlərinə görə, onların yarıdan çoxu tələb olunan meyarlara cavab verir.
Hazırda İngiltərə millisinin baş məşqçisi "Mançester Yunayted"in əfsanəvi futbolçusu Fil Nevilldir. O, 2021-ci ildə təşkil olunacaq Avropa çempionatından sonra vəzifəsindən ayrılacaq.