"Barselona"nın sabiq baş məşqçisi Ernesto Valverde gələcəyi ilə bağlı açıqlama verib.

Rekord.az goal.com-a istinadən xəbər verir ki, o, yeni iş yerinin İngiltərə Premyer Liqa klublarından birinin olmasını istəmir

"İnsanlar mənə bəzən Premyer Liqaya gedib-getməyəcəyi soruşurlar. Mən əslində Avstraliyada işləmək istəyərəm. Məşqçi karyerası sonsuza kimi davam etmir. Bəzən fərqli yerdə yaşamaq fürsətini dəyərləndirmək lazımdır" - deyə ispan mütəxəssis bildirib.

Qeyd edək ki, "Barselona" ötən ay Valverdeni istefaya göndərib