“İngiltərəyə lazım deyildisə, ona alman pasportu verərdik”
- 26 İyn 2021 16:00
- 539
Almaniya yığmasının sabiq futbolçusu Lotar Matteus Ceydon Sanço barədə danışıb.
Rekord.az xəbər verir ki, Dortmund “Borussiya”sının futbolçusu İngiltərə yığmasında meydanda az vaxt keçirir.
Bu da Matteusu narahat edir:
“Sanço son iki mövsümdə Bundesliqada ən yaxşı futbolçulardan biri olub. Əgər o, İngiltərə yığması üçün uyğun deyildisə, bizə ona alman pasportu verə bilərdik. Bu, bütün Almaniyanı razı salardı”.
Sanço 2018-ci ildən İngiltərə yığmasına çağırılır.