İspaniyanın “Real”, İtaliyanın “İnter” və Almaniyanın “Bavariya” klubları xeyriyyə turniri keçirəcəklər.

Rekord.az xəbər verir ki, bu barədə hər üç klubun mətbuat xidməti məlumat yayıb.

Avropa Həmrəylik Kuboku adlanan turnir 2021-ci ildə keçiriləcək.

“Real”, “Bavariya” və “İnter”in iştirakıyla təşkil olunacaq turnirdən əldə olunan gəlirlər Avropanın tibb müəssisələrinə bağışlanacaq.