“İnter” “Ayaks”ın futbolçusu Andre Onananı transfer etmək niyyətindədir.

Rekord.az xəbər verir ki, “neradzurra”nın nümayəndələri kamerunlu qapıçının təmsilçiləri ilə görüşüb.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “İnter” Onananı 2022-ci ilin yayında azad agent kimi heyətinə qatmağı düşünür.

Onananın “Ayaks”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Onananın fevralın 5-də qanında qadağan olunmuş maddə tapılmış və qapıçı bir illik diskvalifikasiya olunmuşdu.

İdman Arbitraj Məhkəməsi (CAS) daha sonra futbolçunun şikayətini qismən təmin edib və cəzanın müddətini 9 aya endirib.