İtaliya “İnter”i iki futbolçusu ilə müqaviləsinin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi müdafiəçisi Alessandro Bastoni və yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə yeni müqavilə bağlayıb.

Hakanın yeni müqaviləsinin müddəti 2027-ci ilin, Bastoninin sözləşməsinin müddəti isə 2028-ci ilin 30 iyununa qədər uzadılıb. 

24 yaşlı Bastoni 2017-ci ildən formasını geyindiyi “İnter”də 164 oyuna 3 qol vurub.

29 yaşlı Hakan isə “İnter”ə 2021-ci ilin yayından formasını geyindiyi bu komanda 95 oyuna 12 qolla yadda qalıb.