PSJ-nin futbolçusu Edinson Kavani karyerasını İtaliyada davam etdirə bilər.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "İnter" uruqvaylı hücumçu ilə maraqlanır. İtaliya təmsilçisinin 33 yaşlı oyunçu ilə danışıqlara başladığı bildirilib.

Qeyd edək ki, Kavaninin PSJ ilə müqaviləsi bu yay başa çatır.