Son İtaliya çempionu "İnter" hücumçusu Romelu Lukakunu sata bilər.

Rekord.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi maliyyə böhranına görə bu qərara gəlib. Ancaq klubun belçikalı forvardı 120 milyon avrodan aşağı qiymətə satmaq fikrində olmadığı bildirilir.

Bir müddət əvvəl "Mançester Siti"nin Lukaku ilə maraqlanması haqda xəbərlər yayılmışdı.

Qeyd edək ki, 27 yaşlı hücumçu bu mövsüm A seriyasında 34 oyuna 22 qol vurub, 10 qol ötürməsi verib.