![photo](https://www.rekord.az/storage/uploads/5/frattezi.jpg)
“İnter” milli üzvü ilə gücləndi
- 06 İyl 2023 23:34
- 236
“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Milan klubu A Seriyasınnı digər təmsilçisi “Sassuolo”dan yarımmüdafiəçi Davide Frattezini icarəyə götürüb.
23 yaşlı futbolçu satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb. Frattezinin 1 illik icarəsi üçün 6 milyon, birdəfəlik transferi üçün isə 25 milyon avro ödəniləcək.
“Roma”nın yetirməsi olan Frattezi 2017-ci ildən “Sassuolo”da forma geyinirdi. O, ötən ildən İtaliya yığmasında da çıxış edir.