"Milan “İnter”i Aleksis Sançeslə yolları ayırmağı planlaşdırır.

Rekord.az xəbər verir ki, Sançes tez-tez zədələnir ki, bu da “İnter”in məşqçilər korpusunu qane etmir.

Ona görə də 32 yaşlı çilili futbolçu ilə qışda ayrılmaq nəzərdə tutulur.

Sançesin müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Buna baxmayaraq, klub onu havayı buraxmağa da razıdır. Çililinin illik məvacibi 7 milyon avrodur.

Yayda məlumat yayılmışdı ki, Sançes “Fənərbaxça”ya keçə bilər. Amma bu transfer reallaşmadı. “Fənər”in ona iki dəfə az məvacib təklif etdiyi bildirilirdi.