İtaliyanın “İnter” klubu idman direktoru Pyero Auzilionun müqaviləsinin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə, klubla müqaviləsi 2020-ci ilin yayına qədər olan Auzilionun sözləşməsinin müddətinin artırıldığı bildirilib. Müqavilə müddəti isə hələ bəlli deyil.

Auzilio 1998-ci ildən “İnter”də işləyir.