“İnter” onu “Sevilya”ya satdı
- 06 Avq 2024 19:30
- 112
“İnter"in yarımmüdafiəçisi Lüsyen Aqume birdəfəlik "Sevilya"ya keçib.
Rekord.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı fransalı ilə müqavilə 2028-ci ilin iyun ayına kimi nəzərdə tutulub. Bu transfer 4 milyon avroya gerçəkləşib.
Aqume 2023/24 mövsümünün ikinci yarısını "Sevilya"dan icarə əsasında keçirib, 13 oyuna çıxıb.