“İnter”in qapıçısı İonuts Radu Milan klubundan ayrılıb.


Rekord.az xəbər verir ki, rumıniyalı qapıçı karyerasını digər İtaliya klubu “Venetsiya”da davam etdirəcək.


27 yaşlı qolkiper yeni klubu ilə bu mövsümün sonunadək anlaşıb.


Radu gənc yaşlarından “İnter”in heyətindədir. Lakin o, heç vaxt əsas komandada möhkəmlənə bilməyib. Qapıçı müxtəlif vaxtlarda “Cenoa”, “Oser”, “Bornmut” kimi klublarda icarədə olub.