"Tottenhem” “İnter”in futbolçusu Milan Şkrinyarı transfer etməkdə israrlıdır.

Rekord.az xəbər verir ki, baş məşqçi Joze Mourinyo müdafiə xəttini gücləndirmək istədiyi üçün 25 yaşlı oyunçunu komandasına gətirməyi planlaşdırır.

İtaliya klubu isə sloveniyalı müdafiəçinin keçidi üçün London təmsilçisindən 45 milyon vro tələb edir.

Şkrinyar “İnter”in heyətində 7 oyuna çıxıb.