"İnter" ürəyində problem olan ulduzu satmaq istəyir
- 30 Okt 2021 13:38
- 403
Avropa çempionatında ürəyində problem yaranan Danimarka yığmasının futbolçusu Kristian Eriksenin səhhəti hazırda qaydasındadır.
Rekord.az xəbər verir ki, buna baxmayaraq, futbolçu “İnter”in heyətində meydana çıxa bilmir.
Məsələ burasındadır ki, onun ürəyinə kardioverter-defibrilator qoyulub.
İtaliyada ürəyində belə cihaz olanlara məşq etmək və oynamaq qadağan edildiyi üçün “İnter” onu meydana buraxa bilmir.
Buna görə də, klub rəhbərliyi onu satmağa hazırdır. “İnter” rəhbərliyi Eriksenin oynaması üçün qadağanın olmadığı ölkələrin klublarından təklif alacağı təqdirdə, onu satacaq.