“İnter” və “Arsenal”ın sabiq futbolçusu Türkiyə klubunda
- 21 Avq 2020 19:00
- 463
Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqanın debütantı Emiliano Vivianonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı qapıçıyla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Karyerası ərzində İtaliyada “Fiorentina”, “Çezena”, “Bolonya”, “Palermo”, SPAL, “İnter”, “Breşiya”, “Sampdoriya”, İngiltərədə “Arsenal”, Portuqaliyada “Sportinq” kimi klublarda çıxış edən Viviano, 2019-cu ilin setyabrından işsiz idi.
Viviano İtaliya milli komandasıyla da 6 oyuna çıxıb.