“İnter”də Aleksis Sançes şoku
- 17 Okt 2019 11:41
- 834
İtaliyanın “İnter” klubunun hücumçusu Aleksis Sançesin Çili yığmasının düşərgəsindən zədəli qayıtdığını xəbər vermişdik.
Rekord.az xəbər verir ki, 31 yaşlı forvard bir neçə gün əvvəl Kolumbiya yığmasına qarşı keçirdikləri yoxlama oyununda (0:0) ağır zədə almışdı.
Artıq təcrübəli futbolçunun vəziyyətinə aydınlıq gəlb. Milan təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, Aleksis əməliyyat olunub. Sançesin bərpası üçün azı 3 ay vaxt tələb olunur. Bu isə onun 2019-ci ili erkən başa vurmasından xəbər verir.
Qeyd edək ki, “İnter” Aleksisi İngiltərənin “Mançester Yunayted” klubundan icarəyə götürüb.