"İnter" futbolçusu Joao Mario ilə yolları ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb. 28 yaşlı yarımmüdafiəçi ilə müqavilənin ləğv olunduğu bildirilib.

Portuqaliyalı futbolçunun yaxın vaxtlarda "Benfika"ya keçəcəyi vurğulanıb.

Qeyd edək ki, J.Mario 2016-cı ildən "İnter"də oynayırdı.