“İnter”də ciddi itki
- 07 Dek 2020 18:00
- 651
İtaliyanın “İnter” klubu ciddi itki ilə üzləşib.
Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra”nın çilili yarımmüdafiəçisi Arturo Vidal sıradan çıxıb.
A Seriyasının son turu çərçivəsində keçirilən “Bolonya” ilə matçda (3:1) zədələnən 33 yaşlı futbolçu bu gün tibbi müayinədən keçəcək.
Vidalın UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək “Şaxtyor”la (Ukrayna) oyunda iştirakı sual altındadır.
“İnter” – “Şaxtyor” oyunu dekabrın 10-da keçiriləcək.