İtaliyanın "İnter" kollektivi tarixində ilk dəfə iranlı futbolçu transfer edib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Milan təmsilçisi Mehdi Taremi ilə 3 illik müqavilə bağlayıb.

31 yaşlı hücumçunun sonuncu klubu Portuqaliya təmsilçisi "Portu" olub.

İran millisinin də şərəfini qoruyan Taremi 86 matçda 49 qol vurub.