"İnter" heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Milan klubu qapıçı Rafeaele Di Cennaronu heyətinə qatıb.

29 yaşlı qolkiperlə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qapıçı ötən mövsümü C Seriyasında - "Qubbio"da keçirib.

Di Cennaro “İnter”in yetirməsidir. O, 2002-ci ildən 2019-cu ilə kimi bu klubda olsa da, əsas komandada oynamayıb və digər klublarda icarələrdə olub.