İtaliyanın “İnter” klubu koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə növbəti yardım kampaniyasına başlayıb.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan təmsilçisi 1 milyon qoruyucu maska yardımı etməyə qərar verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İlk olaraq 200 min maska alınaraq İtaliyanın müxtəlif bölgələrinə göndərildiyi bildirilib. Qalan 800 min maska isə qarşıdakı günlərdə tələbatın daha çox olduğu bölgələrə çatdırılacaq.

Qeyd edək ki, “İnter” daha öncə də 300 min qoruyucu maska və geyim dəsti bağışlamışdı.