Fransanın PSJ klubu növbəti transferini gerçəkləşdirib.

Rekord.az xəbər verir ki, Paris təmsilçisi İtaliya "İnter"indən ayrılan Slovakiya millisinin müdafiəçisi Milan Şkrinyarı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 5 illik müqaviləyə imza atıblar.

Şkrinyar 2017-ci ildən Milan təmsilçisinin uğurları üçün çalışırdı. O, 2020/2021 mövsümündə komanda ilə A Seriyasının qalibi olub.