![photo](https://www.rekord.az/storage/uploads/5/fakundo-kolidio.jpg)
“İnter”dən ayrıldı, ölkəsinə qayıtdı
- 22 İyl 2023 19:21
- 387
“İnter”in futbolçusu Fakundo Kolidio karyerasını “River Pleyt”də davam etdirəcək.
Rekord.az xəbər verir ki, Argentina təmsilçisi forvardla müqavilə imzaladığını açıqlayıb.
Argentinalı Kolidio 2017-ci ildə ölkəsindən ayrılıb və İtaliyanın “İnter” klubunun gənclərdən ibarət komandasında çıxış edib.
O, başa çatan mövsümü icarə əsasında “Tiqres”də keçirib, 28 oyuna çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə edib.