"İnter"dən ayrılan Eşli Yanq "Aston Villa"ya transfer olunub.

Rekord.az İngiltərə klubunun saytına istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edə ki, E.Yanq 2003-2007-ci illərdə Premyer Liqa təmsilçisində oynayıb.

Xatırladaq ki, ingilis futbolçu ötən mövsüm "İnter"in heyətində A seriyasında meydana çıxdığı 26 matçda 1 qol vurub, 4 qolun ötürməsini verib