“İnter”dən iki yeni transfer
- 15 Avq 2021 16:43
- 508
İtaliyanın “İnter” klubu heyətini 2 yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, “neradzurra” “Roma”dan Edin Dzekonu, PSV-dən isə Denzel Dumfrisi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı müdafiəçi Dumfrislə 4, bosniyalı hücumçu Dzeko ilə isə 2 illik müqavilə imzalanıb.
Bosniya və Herseqovina yığmasının da üzvü olan Dzeko, 2015-ci ildən “Roma”da çıxış edirdi. Niderland millisinin sağ cinah müdafiəçisi Dumfris isə 2018-ci ildən PSV-nin uğurları üçün çalışırdı.