Serbiya millisinin sabiq futbolçusu Deyan Stankoviç "Spartak" (Moskva) komandasının baş məşqçisi təyin olunub.

Rekord.az Rusiya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis 2024/2025 mövsümündən etibarən "ağ-qırmızılar"ı çalışdıracaq.

Stankoviç ötən ilin sentyabrından Macarıstanın "Ferentsvaroş" komandasına rəhbərlik edirdi.

Serb məşqçi “Spartak”da bu ilin aprelində istefaya göndərilmiş Gilyermo Abaskalı əvəz edib.