“İnter”in futbolçusu keçmiş klubuna qayıtdı
- 07 Okt 2020 18:45
- 546
“İnter”in futbolçusu Joao Mario karyerasını Portuqaliyada davam etdirəcək.
Rekord.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Sportinq”ə keçib.
Bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mario, 2020/21 mövsümünü icarə əsasında “Sportinq”də keçirəcək.
Portuqaliya millisinin də üzvü olan futbolçu daha əvvəl – 2014-2016-cı illər aralığında da “Sportinq”də çıxış edib.