“İnter”in futbolçusu Lautaro Martines koronavirusla mübarizəyə dəstək olub.

Rekord.az xəbər verir ki, argentinalı hücumçu doğma şəhəri olan Bahia Blankanın dövlət xəstəxanalarına maliyyə yardımı edib.

Martinesin bağışladığı pulla 3350 litrlik spirt jeli, 100 min lateks əlçək və digər zəruri avadanlıqlar alınıb.

Argentinada koronavirus pandemiyasına yoluxanların sayı 1451 nəfərdir. 43 nəfər isə infeksiya səbəbindən dünyasını dəyişib.