Futbol üzrə Slovakiya yığmasının yarımmüdafiəçisi Milan Şkrinyar UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, Milan “İnter”ində çıxış edən 27 yaşlı futbolçu 1:2 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:

“Rəqib ilk hissədə daha yaxşı təsir bağışladı. Onlar bizdən fərqli olaraq əllərinə düşən hər iki real fürsətdən maksimum yararlandılar. Biz isə ikinci hissədə kifayət qədər qol epizodu yaratsaq da, cəmi birindən istifadə etdik".

O, fasilədə bəzi şeyləri dəyişdikdən sonra yaxşı və sürətli oynamağa başladıqlarını söyləyib: "Növbəti matçlarda da ikinci yarıdakı oyunumuzu göstərməliyik".