“İnter”in futbolçusu “Parma”da
- 01 Fev 2020 22:40
- 859
İtaliyanın “Parma” klubu heyətini yeni futbolçularla gücləndirib.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi “İnter”dən İonut Radunu, “Sampdoriya”dan Canluka Kaprari və Vasko Recinini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər üç futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb.
“İnter”dən gələn Radu qapıçıdı. 22 yaşlı rumıniyalı qolkiper 2019-cu ildə keçdiyi Milan təmsilçisində rəsmi oyuna çıxmayıb. O, mövsümün əvvəlini də “Cenoa”da icarədə keçirib.
“Roma”nın yetirməsi olan Kaprari isə hücumçudu. “Sampdoriya”da 2017-ci ildən çıxış edən futbolçu əvvəllər “Peskara”da da oynayıb. 26 yaşlı forvard 2016/17 mövsümündə “İnter”ə transfer olunsa da, Milan klubunda rəsmi oyun keçirməyib.
Recini isə müdafiəçidi. O, müdafiənin həm sol cinahında, həm də mərkəzdə oynamağı bacarır. “Çezena”nın yetirməsi olan 29 yaşlı futbolçu “Sampdoriya”dan başqa, “Foccia”, “Empoli” və “Napoli”də də oynayıb.