“İnter”in futbolçusu rəsmən “Borussiya”da
- 20 Avq 2020 20:21
- 593
Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi Milan “İnter”indən Valentino Lazaronu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Almaniya klubu avstriyalı futbolçunu satın almaq şərti ilə icarəyə götürüb.
“İnter”ə 2019-cu ildə “Herta”dan transfer olunan yarımmüdafiəçi Milan təmsilçisində möhkəmlənə bilmədiyi üçün geridə qalan mövsümün ikinci yarısını “Nyukasl”da icarədə keçirmişdi.
24 yaşlı futbolçu həm də Avstriya yığmasının şərəfini qoruyur.