“İnter”in futbolçusu yığmamızla oyunu buraxacaq
- 14 Noy 2023 15:43
- 258
Belçika millisinin futbolçusu Zinyo Vanheusden AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyunu buraxacaq.
Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb 24 yaşlı mərkəz müdafiəçisinin zədələnməsidir.
O, icarə əsasında çıxış etdiyi Belçikanın “Standard” klubunun son oyununda xəsarət alıb. Müqavilə ilə İtaliya “İnter”inə məxsus olan Vanheusden həkim müayinəsindən sonra yığmanın heyətindən çıxarılıb. O, həmçinin Serbiya ilə yoldaşlıq görüşündə də iştirak etməyəcək.
Belçika yığması noyabrın 15-də Serbiyanı, 19-da isə Azərbaycanı qəbul edəcək.