“İnter”in hücumçusu klubun bombardirinə çatdı
- 30 Yan 2025 14:40
- 57
"İnter"in futbolçusu Lautaro Martines UEFA Çempionlar Liqasında (ÇL) yeni uğura imza atıb.
Rekord.az xəbər verir ki, 27 yaşlı hücumçu buna Fransa təmsilçisi "Monako"ya qalib gəldikləri (3:0) turnirin Liqa mərhələsinin 8-ci turunun matçında het-trik etməklə nail olub.
Argentinalı forvard Milan təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində 17-ci qolunu vurub. O, bu göstəricidə "İnter"in ÇL-dəki bombardiri Sandro Matsolaya çatıb.
Martines həm də Samuel Etodan sonra Çempionlar Liqası oyununda "İnter"in heyətində het-trik edən ikinci oyunçu olub.