İtaliyanın “İnter” klubunun qapıçısı Daniele Padelli koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası nəhənginin rəsmi saytı məlumat yayıb.

Xəstəliyin simptomsuz daşıyıcısı olan Padelli dərhal karantinə alınıb. 

İtaliyanın digər klubu “Verona”nın prezidenti Maurisio Settidə də koronavirus aşkarlanıb. A Seriyası təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, klub rəhbəri özünütəcrid rejiminə keçib.