AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası, 6-cı tur

“Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.

“Şamaxı” – “Sumqayıt” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 700 manat cərimə edilib.

“Şamaxı” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğuna görə "Sumqayıt" klubu 500 manat cərimə edilib.

1-ci Liqa, 1-ci tur

“Karvan” – “Qaradağ Lökbatan” oyununda “Karvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” klubu 70 manat cərimə edilib.

“Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilib.

“Difai” – “Cəbrayıl” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai” klubu 70 manat cərimə edilib.

“Difai” – “Cəbrayıl” oyununun 90+4-cü dəqiqəsində “Cəbrayıl” komandasının 99 nömrəli futbolçusu Okan Təhməzli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Cəbrayıl” klubu 50 manat cərimə edilib.

“İmişli” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” klubu 70 manat cərimə edilib.

“İmişli” – “Baku Sportinq” oyununun 83-cü dəqiqəsində “Baku Sportinq” komandasının 12 nömrəli futbolçusu Hüseyn Mürsəlov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Baku Sportinq” klubu 50 manat cərimə edilib.

MOİK – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilib.

MOİK – “Mingəçevir” oyunu “Mingəçevir” komandasının formalarında problem olduğundan gec başladığına görə “Mingəçevir” komandası 80 manat cərimə edilib.

MOİK – “Mingəçevir” oyununun 30-cu dəqiqəsində topdaşıyanlar meydançaya daxil olduğuna görə MOİK klubu 50 manat cərimə edilib.

MOİK – “Mingəçevir” matçında oyun günü planının tələbləri pozulduğuna görə MOİK klubu 100 manat cərimə edilib.

MOİK – “Mingəçevir” matçında Əsasnamənin tələbləri pozulduğuna görə MOİK klubu 50 manat cərimə edilib.

MOİK – “Mingəçevir” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə MOİK klubu 80 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 6-cı tur

“Zirə-2” – “Neftçi-2” oyununun 1-ci dəqiqəsində “Zirə-2” komandasının 77 nömrəli futbolçusu Fərid Kələntərov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Zirə-2” komandası 150 manat cərimə edilib.

“Zirə-2” – “Neftçi-2” oyununun 78-ci dəqiqəsində “Zirə-2” komandasının 93 nömrəli futbolçusu Yelmar Aşurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zirə-2” komandası 50 manat cərimə edilib.