AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sumqayıt” – “Zirə” oyununun 52-ci dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” klubu 1500 manat cərimə edilib.

“Sumqayıt” – “Zirə” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.

“Qəbələ” – “Turan Tovuz” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilib.

“Qəbələ” – “Turan Tovuz” oyununun fasiləsində “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Qəbələ” klubu 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Qəbələ” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilib.

“Səbail” – “Kəpəz” oyununun 90+3-cü dəqiqəsində “Səbail” klubunun 4 nömrəli futbolçusu Adi Mehremiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Səbail” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Sabah” – “Qarabağ” oyununda “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilib.

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib.